günəşin doğması

ру восход солнца en sunrise de Sonnenaufgang fr lever du soleil es salida del sol it sorgere del sole
günəş vaxtı
günəşin hündürlük bucağı
OBASTAN VİKİ
Günəşin doğması
Günəşin doğması (və ya günəşin çıxması) – səhər saatlarında Günəşin yuxarı kənarının üfüqdə göründüyü an. Termin eyni zamanda günəş diskinin üfüqdən keçdiyi bütün prosesə də aid edilə bilər. Günəşin batmasının əksidir.
Günəşin məhbusları
Günəşin məhbusları — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 14-cü hissəsidir.
Günəşin qızları
Güneşin Kızları (azərb. Günəşin Qızları‎) – baş rollarda Emre Kınay, Evrim Alasya, Tolga Sarıtaş, Burcu Özberk, Hande Erçel və Berk Atan'ın çəkildiyi, rejissoru Sadullah Çelenin olduğu Türk komediya serialı. Serial 19 mart 2016-cı ildə yayımlanan 39-cu bölümü ilə sona çatdı.
Günəşin batması
Günəşin batması (və ya gün batımı, qürub) – Günəşin Yer (və ya Günəş sistemindəki hər hansı digər astronomik obyektin) üfüqünün altında fırlanma səbəbindən itməsi, yoxa çıxması. Yer kürəsinin hər yerindən göründüyü kimi, qütblərə yaxın ərazilər istisna olmaqla, təxminən hər 24 saatda bir dəfə baş verən hadisədir. Ekinoks Günəş həm yaz, həm də payız bərabərliyi anında qərbə doğru qürub edir. Şimal yarımkürəsindən göründüyü kimi, Günəş yazda və yayda şimal-qərbə, payız və qışda isə cənub-qərbə doğru qürub edur; Bu fəsillər Cənub yarımkürəsi üçün əksinə olur. Faktiki günbatımı - astronomiyada Günəşin yuxarı hissəsinin üfüqün altında yox olmasına iki dəqiqə qalmış kimi müəyyən edilir. Üfüqün yaxınlığında atmosfer sınması günəş işığı şüalarının o dərəcədə təhrif edilməsinə səbəb olur ki, həndəsi cəhətdən günəş diski qürub müşahidə edildikdə artıq üfüqdən təxminən bir diametr aşağıda olur. Günəşin batması üç mərhələyə bölünən alatoranlıqdan fərqlənir. Birincisi, Günəş üfüqün altında itdikdən sonra başlayan və üfüqdən 6 dərəcə aşağı enənə qədər davam edən mülki alatoranlıqdır. İkinci mərhələ üfüqdən 6 ilə 12 dərəcə aşağıda olan dəniz alatoranlığıdır. Üçüncü mərhələ Günəşin üfüqdən 12 ilə 18 dərəcə aşağıda olduğu dövr olan astronomik alatoranlıqdır.
Bakirə Məryəmin doğması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır. Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.
Günəşin övladları (mif)
Günəşin övladları — azərbaycanlıların mifologiyasında təbiət cisimləri ilə bağlı anlayış. Qaynağı Azərbaycan ritual nəğmələridir. Kainatın yaradıcısı və idarəçisi olan Günəşin həddin artıq övladları, nəvə və nəticələri var. Qış aylarında o, yaratdığı dünyanı övladlarına tapşıraraq kəhər atın üzərində səyahətə çıxır, kainatı gəzib-dolaşır. Gün Atanın övladlarından Qış, Duman və Bulud (Keçəl qız) onun istəklisi Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar. Qış, Duman və Bulud Saçlı qızın törəmələri və Gün Atanın istəkli nəvələri olan insanlardan üz döndərir, onları Soyuğun, Şaxtanın və Qarın ixtiyarına buraxırlar. Qış, Duman və Bulud meşələri, çəmənləri, dağları işğal edir, canlılara əziyyət verirlər. Günəşin dağların ardında yoxa çıxdığını görən insanlar fikirləşirlər ki, o, xəstələndiyinə görə evində yatır, buna görə də ətrafı Qara bürüyüb. İnsanlar Qışın azğınlığını dayandırmaq üçün Yel Babanı Günəşin yanına göndərirlər. Günəş geri qayıtdıqdan sonra Saçlı qızı əsirlikdə olduğu təndirdən xilas edir, naxələf övladlarını cəzalandırır.
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
Günəşin işığı (film, 2007)
Günəşin işığı (ing. Sunshine) — rejissor Denni Boylun çəkdiyi və 2007-ci ilin aprelində ekranlara çıxan elmi-fantastik triller. Hadisələr 2057-ci ildə cərəyan edir. Günəş yavaş-yavaş sönməkdədir. Bu isə Yerin məhvi deməkdir. "İkar-2" kosmik gəmisinə Günəşə yaxınlaşmaq və ora nüvə silahı atıb onu yenidən alovlandırımaq tapşırılır. Lakin sonradan aydın olur ki,bu heç də asan iş deyilmiş... Rouz Birn - Keysi,pilot Klif Kürtis - Meys,kompüter mütəxəssisi Mişel Yeo - Korasa,botanik Hiroyuki Sanada - Keneyda Filmdə kosmik gəminin adı qədim yunan əsatirlərinin qəhrəmanı İkardan götürülüb.İkar və onun atası Dedal Krit adasında yaşamağa məhkum edilmişlər.Lakin bir gün İkar özünə qanad düzəldərək göyə uçur.Lakin,Günəşin şüaları onun qanadlarını əridir və İkar yüksək hündürlükdən suya düşərək ölür. Bu əfsanə metaforadır-müəyyən sədd vardır ki,insan o səddi aşmaq gücündə deyil. Müasir araşdırmalar göstərir ki, Günəşdə olan nüvə enerjisi ona ən azı 4.5 milyard il bugünkü kimi parlamağa kifayətdir.
Günəşin batdığı yer (film, 2012)
Film erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir. Film Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür. Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini təşkil edur. Azərbaycanda indi də yaşamaqda olan erməni milliyətindən olan insanların xoşbəxt həyatına baxmayaraq azərbaycanlılara qarşı bədnam qonşularımızın törətdiyi vəhşiliklər əslində kimin kim olduğu barədə danlması mümkün olmayan həqiqəti ortaya qoyur. Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirməklə əslində əsl həqiqət haqqında toplu şəklində təqdim edilib. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilib və nümayiş etdirilib. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.